Ölkə futbolu

Mustafa Dənizli rahatladı: türk çalışdırıcı risk edəcəkmi?

“Xəzər Lənkəran” Azərbaycan kubokunun 1/4 final mərhələsi üçün keçirəcəyi “Araz-Naxçıvan”la cavab matçına hazırlaşır.

İdmanxeber.com-a klubdan verilən məlumata görə,zədəlilər Sakkoni və Rahid Əmirquliyev fərdi məşqlə kifayətləniblər. 

Onların Naxçıvan klubu ilə oyunda meydana çıxma ehtimalı var. Sadəcə Mustafa Dənizli zədədən yenicə dönən və tam hazır olmayan bu iki futbolçunun meydana buraxıb-buraxmayacağı məlum deyil. Digər zədəli Tural Cəlilov isə ümumiyyətlə məşq etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43