“Xəzər Lənkəran” klubunun boşalan baş məşqçi postuna yeni çalışdırıcı təyinatı gerçəkləşib. Türk futbolunun tanınmış simalarından biri, məşqçilik karyerası bir çox titullarla zəngin olan Mustafa Dənizli ilə Cənub təmsilçisi ilə 1 il yarım müddətinə müqaviləyə imza atıb. Dünən klubun Lənkərandakı ofisində “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov cənabları ilə görüşüb bir çox detalları müzakirə edən Dənizli bu gün atdığı imza ilə klubun rəsmən yeni baş məşqçisi olub. (klub saytı)
Mustafa Dənizli rəsmən “Xəzər Lənkəran”da!
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43