Ölkə futbolu

Mustafa Dənizli Şahin Diniyevə minnətdarlıq etdi

Premyer Liqanın XVII turunda “Rəvan” klubunu doğma meydanda qəbul edəcək “Xəzər Lənkəran” dekabrın 14-də oyunöncəsi son məşqini keçirib.

Stadionun əsas meydançasında ot örtüyünün korlanmaması üçün komanda ehtiyat meydançaya üz tutub. Lakin burada da əvəzedici heyətin oyunu olduğundan əsas heyətin oyunöncəsi məşqi kiçik ölçülü üçüncü (ehtiyat meydançanın arxasında) meydançada baş tutub. Elə “Rəvan” komandası da stadionun əsas meydançasında ot örtüyünün oyun saatına qədər daha yaxşı vəziyyətdə qalması naminə üçüncü meydançada hazırlaşıb. Qonaq komandanın bu  addımını Mustafa Dənizli yüksək qiymətləndirib və anlayışlı hərəkətə görə “Rəvan”ın baş məşqçisi Şahin Diniyevə minnətdarlığını bildirib.(12cioyuncu.info)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43