"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyənin "TRT Spor" kanalında yayımlanan bir verlişin suallarını cavablandırıb.
Təcrübəli çalışdırıcı Lənkəran klubundakı hazırkı vəziyyətdən və gələcək hədəflərindən danışıb.
"Lənkəranda bütün işlərim yolunda gedir. Gözəl ölkədi, hər şeydən razıyam. Ən böyük hədəfimiz komanda ilə kuboku qazanmaq və Avropaya vəsiqə almaqdır. Burada bir missiyamız var, onu tamaladıqdan sonra Türkiyəyə dönə bilərəm. Əlbəttə, qarşıdakı illərdə ölkəmə dönüb, bir komanda ilə yenə çempionluq yaşamaq istəyirəm".