Ölkə futbolu

Mustafa Dənizlidən acı etiraf: “Çempionatda elə də ciddi iddiamız yoxdur” – VİDEO

"Xəzər Lənkəran" bu gün Premyer Liqanın 27-ci turu çərçivəsində öz meydanında "Simurq"la qarşılaşdı və rəqibinə məğlub oldu.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun baş məşqçisi Mustafa Dənizli yenilgini belə şərh edib:

"Oyunumuz istənilən səviyyədə alınmadı. Bəsit qollar buraxdıq, məğlub olduq. Çempionatda elə də ciddi iddiamız yoxdur. Əsas diqqətimizi kubok oyunlarına yönəltmişik. Lakin Premyer Liqada da baxımlı oyun göstərməliyik. Bunun üçün çempionatda bütün rəqiblərimizə müqavimət göstərməliyik”. 
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43