"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli "Neftçi"ylə oyunöncəsi maraqlı qərar verib.
İdmanxeber.com-un Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bundan sonra futbolçular klubun bazasında məskunlaşmayacaq. Belə ki, türkiyəli çalışdırıcı yetirmələrinə Lənkəranda ev tapmağı məsləhət görüb. Mütəxəssis bu qərarı ilə oyunçulara öz ailələrinə daha çox vaxt ayırmaq şansı yaradıb.