27 Fevral 2024
Ölkə futbolu

Mustafa Dənizlidən sərt cavab!

“Qalatasaray”ın baş məşqçisi Roberto Mançini Antalyada Türk İdman Yazarları Dərnəyinin təşkil etdiyi seminarda türk məşqçilər barədə maraqlı fikirlər səsləndirib:

“Türkiyə futbolunun Almaniya, İngiltərə, Fransa, İtaliya və İspaniya səviyyəsində olduğunu deyə bilmərəmö Ölkə hər anlamda inkişaf edərkən, məşqçi və oyunçu baxımından geri qalıb. Bəlkə türk mütəxəssislər daha çox ölkədən kənara çıxsa yaxşı olar. Ya da Biliç, Şota kimi əcnəbi məşqçilər buraya gələrək futbolun inkişafı üçün çalışa bilər”.

Onun bu fikirlərinə “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli sərt cavab verib:

 “Mançinin hansı müddətdə bu qənaətə gəlməsi mənim üçün maraqlıdı. Türkiyədə olduğu bu qısa müddətdə belə bir diaqnoz qoymaq mümkünsüzdü. Hansı mənada dediyini öyrənmək lazımdı. Türkiyə UEFA ölkəsidi. Bütün ölkələrdə məşqçilər eyni standartlarla hazırlanır. Hamsının bütün ölkələrdə keçərli olan Pro ölisenziyası var. Mançini 2 gün əvvəl türk məşqçilərlə bir araya gəldi. Kaş ki, bu fikirlərini orda deyərdi. Belə bir fürsəti var idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43