Mustafa Dənizlinin istefasından sonra “Xəzər Lənkəran”da boş qalmış baş məşqçi postuna kimin gətiriləcəyi maraqla gözlənilir.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Mirça Redniklə danışıqlar aparan Cənub klubu komandanı Oğuz Çətinə həvalə edəcək.
Redniki yenidən Lənkərana gətirməyə çalışan rəhbərlik komandayla bir illik müqaviləsi olan Mustafa Dənizlini heç cür yola gətirə bilməyib.Türkiyəli “ağ-yaşıllar”dan ayrılacağı halda kompensasiya tələb edəcəyini bildirib. Belə olan halda “Xəzər Lənkəran” Redniklə danışıqları dondurub və Oğuz Çətinlə yola davam etmək qərarına gəlib. Mustafa Dənizli isə klubun idman direktoru təyin olunacaq.
Hər halda son qərar sabah veriləcək.