"Rəvan"la oyunun hazırlığlarını davam etdirən "Xəzər Lənkəran" bu gün paytaxtda məşqə çıxıb.
Hazırlıq prosesində baş məşqçi Mustafa Dənizlinin köməkçisi olan Emin Quliyev iştirak etməyib.
Buna səbəb Quliyevin AFFA tərəfindən təşkil olunan məşqçi kursunda iştirak etməsidir.
Qeyd edək ki, Cənub təmsilçisi bu gün günorta saatlarında Lənkərana yola düşəcək.