Türkiyə Superliqası çərçivəsində “Antalyaspor”u 2:1 hesabı ilə məğlub edən “Trabzonspor”un baş məşqçisi Mustafa Akçay istefa vermişdi.
Son xəbərə görə, çalışdırıcının istefa ərizəsi rəhbərlik tərəfindən qəbul olunmayıb və o, Trabzon klubunda qalacaq. Mütəxəssisin hansı səbəbə görə, istefa vermək istəməsi müəmmalı olaraq qalır.