24 Noyabr 2024
Ölkə futbolu

“Mustafanın hazırda yaxşı formada olması da məni sevindirir” – Roman Qriqorçuk

“Biz Mustafa Seki çoxdan izləyirdik”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk yeni transfer Mustafa Sekin keçidinə münasibət bildirərkən deyib.

Ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Seneqal əsilli ispaniyalı futbolçunun “ağ-qaralar”ı gücləndirə biləcək keyfiyyətli və təcrübəli oyunçu olduğunu söyləyib:

“Çox şadam ki, Mustafa Sek bizim oyunçu oldu. Biz onu çoxdan izləyirdik. Mustafa əsas transfer hədəflərimizdən biri idi. O, “Neftçi”ni gücləndirə biləcək keyfiyyətli və təcrübəli futbolçudur. Mustafanın hazırda yaxşı formada olması da məni sevindirir. Buna görə də ümid edirəm ki, komandaya uyğunlaşmaq üçün çox zamana ehtiyacı olmayacaq”.

Qeyd edək ki, paytaxt təmsilçisi ilə 3 illik müqavilə bağlayan müdafiəçi yeni komandasında 24 nömrəli formanı geyinəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43