“Sumqayıt”a qarşı oynamaq asan deyildi. İlk hissədə rəqib komanda qapımız qarşısında bir neçə təhlükəli vəziyyət yaratdı”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar deyib.
Topaz Premyer Liqanın 14-cü turunda “Sumqayıt”la keçirilən oyun (0:0) haqda klubun rəsmi saytına danışan haitili futbolçu xal itirdikləri üçün üzüldüyünü vurğulayıb:
“Fasilədən sonra biz daha yaxşı oynadıq. Hesabı açmaq üçün şanslarımız oldu, amma bunlardan yararlana bilmədik. Sözsüz, bir xal qazanmadıq, iki xal itirdik. Buna çox təəssüflənirəm. Gələn il keçiriləcək oyunlarda itirilmiş xalları sığortalamağa çalışacağıq”.