Rusiyanın Sankt-Peterburq şəhərində hazırlığı davam etdirən “Neftçi” yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi altında ilk məşqə çıxıb.
İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Zenit”in təlim-məşq mərkəzində keçirilən hazırlıq prosesində rumıniyalı mütəxəssisin köməkçiləri – Alin-Nikolaye Çita, Aurelian-Boqdan Patraşku, Miodraq Todorov və Mihai-Qavril Nedeban da iştirak ediblər. Məşqdə isinmə hərəkətlərindən sonra əsasən toplu çalışmalar icra olunub.
Qeyd edək ki, “Neftçi” “Match TV” kubokunda sonuncu oyununu Türkiyə “Fənərbağça”sına qarşı keçirəcək. İyulun 15-də “Smena” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.