Millimizin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü” baş məşqçi Cihat Arslanla yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssislə qarşılıqlı olaraq yollar ayrılıb. Onun yerinə Adrian Mutu namizəddir.
Artıq tərəflər arasında danışıqlar start götürüb. Xatırladaq ki, Mutu ötən mövsüm “Neftçi”də çalışıb.