25 Noyabr 2024
Ölkə futbolu

Mutu toqolu oyunçunu istədi, rəhbərlik hərəkətə keçdi

Rumıniyanın “Universitetya Krayova 1948” klubunun yarımmüdafiəçisi Samuel Asamoa karyerasını Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.az “Prosport” nəşrinə istinadən xəbər verir ki, “Neftçi” futbolçunun xidmətində maraqldır. Baş məşqçi Adrian Mutu rəhbərlikdən toqolu yarımmüdafiəçinin transferini istəyib.

Rəhbərlik də rumıniyalı mütəxəssisin istəyini nəzərə alaraq, oyunçu üçün sözügedən kluba 250 min avroluq təklif göndərib. Mənbə yazır ki, “Universitetya Krayova 1948” komandası Asamoaya qarşılıq 500 min avro təzminat istəyir. 

Maraqlıdır ki, 29 yaşlı oyunçu komandasının Rumıniya çempionatının son turunda “Sepsi”yə (0:1) qarşı görüşdə iştirak etməyib. O, mədəsinin ağrıdığını deyərək, oynamaq istəmədiyini bildirib. Yerli mərbuat isə Asamoanın “Neftçi”yə getmək istədiyi üçün klub rəhbərliyinə təzyiq etdiyini yazır.

Mutunun istədiyi futbolçu üçün “Neftçi”nin danışıqları davam etdirəcəyi vurğulanıb.

Yarımmüdafiəçi Toqo millisinin heyətində 6 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43