05 Fevral 2025
Kateqoriyasız

Mxitaryanın yalanı: “İnsanlara nəyisə sübut etmək fikrində deyiləm”

“Bəzi insanlara görə Bakıya getməməyim yaxşı qərar idi. Digərləri isə mənim Azərbaycanda oynamağımı istəyirdilər. Ancaq Bakıya getməməklə düzgün qərar verdiyimi düşünürəm”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Borussiya”nın (Dortmund) futbolçusu Henrik Mxitaryan Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qəbələ” ilə keçirəcəkləri ev oyunu haqda danışarkən deyib.

Almaniya klubunun emrəni futbolçusu sabahkı oyunda nəyisə sübut etmək fikrində olmadığını bildirib:

“İlk görüş barədə danışmaq istəmirəm, çünki bu, artıq geridə qalıb. Biz “Qəbələ” ilə cavab oyununu düşünməliyik. Fikrimcə, normal oyun gedəcək. Çünki insanlara nəyisə sübut etmək fikrində deyiləm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43