Dünya futbolu

MY “Bavariya”nın hücumçusunu istəyir

“Mançester Yunayted” Matis Teli heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, 18 yaşlı forvard 2022-ci ildən “Bavariya”da çıxış edir. Münhen klubu fransalı oyunçu üçün “Renn”ə 20 milyon avro ödəyib.

Tel bu mövsüm bütün turnirlərdə 28 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə oyunçunun dəyəri 50 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43