09 İyun 2026
Dünya futbolu

MY “Çelsi”dən ikinci görüş tələb etdi

“Mançester Yunayted” Meyson Mauntun transferi üçün “Çelsi” ilə danışıqlara daha bir cəhd edəcək.

İdmanxeber.az-ın məlumatına görə, London klubu “qırmızı şeytanlar”ın 55 milyonluq təklfini geri çevirib. Ancaq baş məşqçisi Erik ten Haq oyunçunun alınmasında israr edir. 

Bu səbəbdən də tərəflər arasında ikinci görüş olacaq. 

Yarımmüdafiəçi ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43