”Mançester Yunayted”də zədə problemi davam edir.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar”ın müdafiəçisi Lisandro Martines bu mövsüm 3-cü dəfə zədələninb. Argentinalı oyunçunun 1 ay meydanlardan uzaq qalacağı gözlənilir.
”Mankunianlar”ın digər müdafiəçisi Viktor Lindelöf də sıradan çıxıb. Onun da ən az 1 ay meydanlara çıxa bilməyəcəyi təxmin edilir.