16 Sentyabr 2024
Dünya futbolu

MY İtaliya klubu ilə danışıqlara başladı

“Mançester Yunayted” Radu Draquşin transferi üçün “Cenoa” ilə danışıqlar aparır.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı müdafiəçi bu yay “Yuventus”dan “Cenoa”ya transfer olunub.

Ruminiyalı oyunçu bu mövsüm 15 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə Draquşinin transfer dəyəri 10 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43