”Mançester Yunayted” icarə əsasında “Borussiya”da (Dortmund) çıxış edən Ceydon Sançonun dəyərini bəlirləyib.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” yayda 23 yaşlı vingeri transfer etmək istəyən komandalardan 40-50 milyon avro tələb edəcək.
Yanvarda Dortmund klubuna keçən Sanço burada 3 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.
İngiltərəli oyunçunun 2026-cı ilin yayına qədər MY-lə müqaviləsi davam edir.