08 Dekabr 2022
İdman

Nəriman Abbasovun UFC-də ilk sınağı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk sınağına çıxacaq.

İdmanxeber.az xəbər verir ki, 28 yaşlı idmançımız “Dana White’s Contender Series”də qüvvəsini sınayacaq. Deyna Uaytın İddiaçılar Seriyasında qələbə qazanan döyüşçülər UFC seriyasında mübarizə aparacaq.

Nəriman ABŞ-nin Las Veqas şəhərində təşkil olunacaq turnirdə braziliyalı İsmael Bonfimə üz-üzə gələcək. Bakı vaxtı ilə sentyabrın 7-də saat 07:00-də başlayacaq turnirdə 5 döyüş olacaq. Abbasovla Bonfim ikinci cütdə döyüşəcək.

Qarşılaşmadan öncə çəkiölçmə mərasimi təşkil olunub. Döyüşçülər öncə səhnədə üz-üzə gəlib.

Nəriman peşəkar karyerasında 28 qələbə qazanıb və 3 dəfə məğlub olub. İsmaelin hesabında 17 qələbə və 3 yenilgi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Zirə” – “Kəpəz” (GENİŞ İCMAL)

admin

Rafiq Hüseynov erməniyə qalib gəldi – Bürünc medal qazandı

admin

Tahir Gözəl Qurban Qurbanovun milli komandaya keçməsinə razıdı: “Bir şərtlə”

admin