UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, ən yaxşı adına “Qarabağ”ın futbolçusu Toral Bayramovun “Bodo Qlimt”ə vurduğu layiq görülüb. UEFA-nın saytında keçirilən sorğuda azarkeşlərin daha çoxu məhz Toralın qoluna səs verib.
Namizədlər arasında Toralla yanaşı “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da var idi.