“Qarabağ” Avropa Liqası pley-off mərhələsi çərçivəsində “Braqa”nı 4:2 hesabı ilə məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, bu nəticə ilə Portuqaliya təmsilçisi bir il sonra eyni aqibəti yaşayıb. Belə ki, komanda son olaraq avrokuboklarda doğma meydanda ötən mövsüm – Konfrans Liqası pley-off mərhələsində “Fiorentina”dan 4 qol buraxmışdı (0:4).
Xatırladaq ki, “Braqa” Çempionlar Liqası qrup mərhələsində 3-cü olaraq Avropa Liqasının pley-off mərhələsinə qatılıb. Komanda qrupda “Real” (1:2), “Napoli” (1:2) və “Union” (Berlin) (1:1) klubları ilə mübarizə aparıb.