Kateqoriyasız

Nəbiyev oynadı, komandası uduzdu

Çexiya II Liqasında XVI turun oyunları keçirilib.

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) səfərdə “Hradeç Kralove”yə uduzub – 2:4.

Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

16 turdan sonra 22 xala malik “Viktoriya” 7-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43