20 Sentyabr 2024
Ölkə futbolu

Nadir Nəbiyev əməliyyat olunub

“Turan Tovuz” rəsmisi Nadir Nəbiyev əməliyyat olunub.

İdmanxeber.az-a verilən məlumata görə, millimizin sabiq üzvünün futbolçu vaxtlarında çiyni qırıldığı üçün qoluna mil qoyulub. Bu yaxınlarda keçirilən əməliyyatla həmin mil götürülüb.

Bu səbəbdən də Nəbiyev Premyer Liqanın son turunda “Sumqayıt”a qarşı görüşə (1:1) qolunda korsetlə gəlib. Klub rəsmisinin durumun hazırda yaxşı olduğu bildirilir.

Nadir Nəbiyev “Turan Tovuz” klubunda uşaq futbolunun inkişafı üzrə direktordur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43