Türkiyə 1-ci Liqasında 34-cü tura start verilib.
İdmanxeber.az-ın məlumatina görə, millimizin üzvü Namik Ələskərovun foemasinı geyindiyi “Bursaspor” doğma meydanda “Dənizlispor”la qarşılaşıb.
Görüşün taleyını 1 qol həll edib. 30-cu dəqiqədə Namik fərqlənib və komandasına 3 xal qazandırıb. O, 55-ci dəqiqədə isə penaltini qola çevirə bilməyib. Start heyətdə meydana daxil olan 27 yaşlı oyunçu 64-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Ələskərov “Bursaspor”da 6 qol və 6 məhsuldar ötürmə ilə komandasının ən yaxşı oyunçusudur.
Əlavə edək ki, “Bursaspor” hazırda turnir cədvəlində 35 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.
23 aprel
21:30. “Bursaspor” – “Dənizlispor” – 1:0
Qol: Namik Ələskərov, 30
Qırmızı vərəqə: Aisaarti, 77 (“Dənizlispor”)