22 Dekabr 2024
Kateqoriyasız

Namik Ələskərov “Bursaspor”dan ayrılmaq istəyir – YALNIZ BİR ŞƏRTLƏ QALACAQ

Azərbaycan milli komandasının üzvü Namik Ələskərov “Bursaspor”dan ayrılır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Namik PTT 1-ci liqada uğursuz çıxışı ilə azarkeşlərini məyus edən Bursa klubundan ayrılmaq qərarına gəlib. 27 yaşlı yarımmüdafiəçi mövsümün sonunda “ağ-yaşıllar”la yolları ayırmağı düşünür. Əgər “Bursaspor” çempionatda qalmağı bacarsa, o zaman, Namik klubun yeni təklifini dəyərləndirə bilər.

“Bursaspor” I liqada 18-ci sıradadır.

Xatırladaq ki, N.Ələsgərov bu mövsüm “Bursaspor”la meydana çıxdığı 27 oyunda 5 qol vurub və 6 qolun ötürməsini edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43