Bu gün Türkiyə Birinci Liqasında növbəti turun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun şərəfini qoruduğu “Bursaspor” öz meydanında “Tuzlaspor”la qarşılaşıb. 67-ci dəqiqədən meydanda 9 nəfərlə qalan “Tuzlaspor” matçın sona çatmasına 3 dəqiqə qalmış Fransis Ezenin vurduğu qolla qalib gəlib.
Namik bu matça start heyətində daxil oldu və 80-ci dəqiqədə əvəzləndi.