Millimizin üzvü Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” Türkiyə 1-ci liqasında 37-ci tur oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, Bursa təmsilçisi “Bandirmaspor”un qonağı olub. Matç meydan sahiblərinin 4:2 hesalı qələbəsi ilə başa çatıb. Namik start heyətdə meydana çıxıb və hesabda 2:3 geridə olduqları vaxt – 63-cü dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra 41 xalda qalan “Bursaspor”un yarışın bitməsinə 1 tur qalmış 1-ci liqanı tərk edəcəyi dəqiqləşib. Komanda 41 xalla 16-cı pillədə qərarlaşıb. “Badirmaspor” isə 61 xalla 3-cü pilləyə yüksəlib.
Beləliklə, “Bursaspor” növbəti mövsüm 2-ci liqada mübarizə aparacaq.