Millimizin üzvü Namik Ələskərovun şərəfini qoruduğu “Bursaspor”un martın 14-də XXIII turda “Balıkesirspor”la keçiriləcəyi gözlənilən oyunu təxirə salnınıb.
İdmanxeber.az-ın məlumatına görə, buna ölkədə həftəsonu üçün gözlənilən əlverişsiz hava şəraiti səbəb olub. Türkiyə Futbol Federasiyası (TFF) aşağı liqaların oyunlarını təxirə salınması qərarını verib.
Qurum 11 – 14 martda təşkili planlaşdırılan I, II və III liqalardakı matçların 18 – 21 martda keçiriləcəyini açıqlayıb.