22 Noyabr 2024
Kateqoriyasız

Namik türkiyəli azarkeşlərə səsləndi: “Səhvlərim olubsa, bağışlayın”

Millimizin futbolçusu Namik Ələskərov Türkiyənin “Bursaspor” klubu və azarkeşlərlə vidalaşıb.

İdmanxeber.az xəbər ki, “Sabah”a keçən 27 yaşlı yarımmüdafiəçi bununla bağlı “instaqram” səhifəsində paylaşım edib.

“Nəticə istədiyimiz kimi olmasa da, komandanın uğur qazanması üçün əlimdən gələni etməyə çalışdım. Səhvlərim olubsa, bağışlayın. “Bursaspor”un ən qısa zamanda layiq olduğu yerlərə gələcəyinə əminəm. Nəticədə, qaydalara görə, klubdan ayrılmaq məcburiyyətində qaldım. Rəhbərliyə, məşqçilər və işçi heyətinə, xüsusilə də, azarkeşlərə sonsuz təşəkkürümü bildirirəm”.

Namik Ələskərov “Sabah”la 3 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43