18 Oktyabr 2021
Müsahibə

Namiq Ələsgərov: “Həmin məğlubiyyəti unutdarmağa çalışırdıq”

Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi” öz meydanında “Qəbələ”ni məğlub edib – 1:0.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın yeganə qolunun müəllifi Namiq Ələsgərov oyundan sonra əməkdaşımızın suallarını cavablandırıb:

– Oyuna ciddi hazırlaşmışdıq. Sevinirik ki, qalib gəldik. Hər iki komanda yaxşı oynadı.

– “Neftçi” “Qəbələ”dən daha istəkli görünürdü. İlk dövrədəki 0:8 hesablı məğlubiyyətin qisasını almağa çalışırdız?

– Bəli, belə bir şey var idi. “Neftçi”nin adı üçün oynayırdıq. Həmin məğlubiyyəti unutdarmağa çalışırdıq.

– Qələbə qolunu sən vurdun. Düşünülmüş qola oxşayırdı…

– Ondan əvvəl də 1-2 epizod olmuşdu. Çox şükür ki, şansların birindən dəqiq yararlandım.

– Çempionatın son 6 oyununa hansı motivasiya ilə çıxacaqsız? 4-cü pillədən uzaq düşmüsüz…

– Çox uzaq düşdüyümüzü deməzdim. 6 xallıq fərqdir. Şansımız var. Həm kubok üçün, həm də çempionatda mübarizə aparacağıq.

– Bu qələbə sizə şans verdi?

– Bəli, həlledici matç idi. Uduzsaydıq, demək olar ki, şans qalmazdı.

– Sabiq komandan “Qarabağ” liderliyi ələ keçirdi. Çempionluq şanslarını necə dəyərləndirirsən?

– Yəqin ki, şansı əldən verməzlər.

– Demək olar ki, qışdan sonra ən yaxşı oyunun bu oldu?

– “İnter” və “Sumqayıt”a qarşı da yaxşı oynamışdıq. Bu da həmin oyunlarından biri oldu.

– Qış fasiləsindən sonra “Neftçi” yaxşı oyun sərgiləsə də, stabil deyil…

– Yeni komandayıq. Oyunçular yenidirlər. Digər klublarda köhnə futbolçulardı. Məncə də, səbəbi budur.

– Oyunun gedişində Tellur Müttəlimovla Dmitri Bezotosnı arasında baş verən dialoqa qulaq asırdın. Maraqlıdı, nə danışırdılar?

– Rus dilində danışırdılar. Mən də rusca o qədər də yaxşı bilmirəm. Zarafatla da dedim ki, söhbətinizi eşitdim.

– Növbəti turda “İnter”lə qarşılaşacaqsız. Qələbənin ardnı gətirə biləcəksiz?

– Əlbəttə, istəyirik ki, ardı gəlsin. Bunun üçün gəlsin.

Elxan Abdullayev bildirmişdi ki, yerli oyunçu baxımından əziyyət çəkirik…

– Məncə, bunu başqa cür demişdi. Zədəli oyunçularımız var. Buna görə belə deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Məşqçilər və rəhbərlik bizim məqsədə çatmaq üçün nəyə ehtiyacımızın olduğunu çox yaxşı bilirlər” – MÜSAHİBƏ

admin

“Onun öz problemləri var, mənim öz problemlərim” – MÜSAHİBƏ

admin

Hacı Əhmədov: “Premyer Liqaya baxdıqda burdakı ab-hava da pis deyil”

admin