Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi aparılıb.
İdmanxeber.com-un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə,qurumun prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə I vitse-prezident Namiq Əliyev tutduğu vəzifədən azad edilib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Sahib Ələkbərova həvalə edilib.
Qeyd edək ki, Ələkbərov Azərbaycan Velosiped Federasiyasında da eyni postu tutur.