Kateqoriyasız

Namiq müəmması davam edir: “Neftçi”də məşqlərə başladı – Açıqlama

“Bursaspor”a keçəcəyi gözlənilən Namiq Ələsgərov “Neftçi”də fərdi məşqlərini davam etdirir.

“Neftçi”nin Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev İdmanxeber.az-a açıqlamasında “Bursaspor”un qaydaları pozduğunu və bu barədə qarşı tərəfin məlumatlandırıldığını bildirib:

Namiq üçün bizə “Bursaspor”dan rəsmi təklif gəlməyib. Bizə heç bir rəsmi müraciət olunmayıb. Məlumat vermədən Namiqlə əlaqəyə keçib, transferi ilə bağlı danışıqlara başlayıblar. Tərəflər arasında baş tutan bu danışıqlar qaydalara ziddi. Biz də bu barədə “Bursaspor”u məlumatlıanbdırdıq. Hazırda Namiq komandanın düşərgəsindədi və məşqlərdə iştirak edir. Onun HİK-lə oyun üçün Finlandiyaya aparılıb-aparılmayacağı isə baş məşqçimiz Samir Abasovdan asılıdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43