09 Sentyabr 2024
Dünya futbolu

Nani Portuqaliya klubu ilə müqavilə imzaladı

“Mançester Yunayted”in sabiq vingeri Nani Portuqaliyanın “Eştrela” klubu ilə müqavilə imzalayıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sözləşmənin müddətdi bir il müddətinə qüvvədədir. Ötən mövsüm 37 yaşlı futbolçu “Adana Dəmirspor”da çıxış edib.

Türkiyə Super Liqasında 28 matçda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

Nani 2007-2014-cü illərdə “Mançester Yunayted”də çıxış edib. Klubun heyətində 230 matçda 41 qol vurub və 70 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43