“Spotinq”in kapitanı Luis Nani Portuqaliya mətbuatına müsahibə verib. O, Avropa Liqasındakı çıxışından da danışıb. 32 yaşlı futbolçu “Qarabağ”a vuruduğu qolu “sənət əsəri” adlandırıb.
“Qarabağ” – “Sportinq” oyunu qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Nani 33-cü dəqiqədə bir neçə futbolçunu keçərək, təmsilçimizin qapısına gözəl qol vurmuşdu.