“Nant” “Kardiff”ə satdığı Emilliano Sala üçün 15 milyon funt-sterlinq təzminatı (təqribən 17 milyon manat) tələb edib.
Fransa klubu 10 gün ərzində pul ödənilməyəcəyi təqdirdə,FİFA-ya müraciət edəcəyini bildirib.
Bu tələb qarşısında təəccüblənən “Kardiff” müqavilənin qaydalarına əməl edəcəklərini və argentinalı hücumçunun həyatda olmadığına dair faktları gözlədikləri vurğulayıb.
Qeyd edək ki, Salanın içində olduğu təyyarənin qalıqları Qernsi adası yaxınlığında, La-Manş boğazının dibində aşkarlanıb.