"Napoli" klubu sürpriz transfer reallaşdırıb.
Klubun rəsmi saytının yaydığı məlumata görə, İtaliya təmsilçisi 34 yaşlı futbolçu Antoni Reveillereni heyətinə qatıb. Azad agent olan təcrübəli oyunçu sezon sonuna qədər "Napoli"də çıxış edəcək.
Qeyd edək ki, Fransa millisinin sabiq üzvünün son klubu "Lyon" olub.