İtaliya kubokunda 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, yarımfinala vəsiqə uğurunda son matç “Napoli” və “İnter” klubları arasında keçirilib.
Matçın taletini bir qol həll edib. Qonzalo İquainin matçın 90+3-cü dəqiqəsində vurduğu qol “Napoli”yə minimal hesablı qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, “Napoli” yarımfinalda “Latsio”, “Yuventus” isə “Fiorentina” ilə qarşılaşacaq.
3 fevral
İtaliya kuboku, 1/4 final
“Napoli” – “İnter” – 1:0
Qol: İquain, 90+3