16 Sentyabr 2024
Dünya futbolu

“Napoli” Lukakunu heyətinə qata bilər

“Napoli” hücumçu Romelu Lukakunun mümkün transferi üzərində “Çelsi” ilə danışıqlar aparır.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu futbolçu üçün 25 milyon avro təklif etsə də, ingilislər 35 milyon avro tələb edir.

“Napoli” artıq 31 yaşlı hücumçu ilə müqaviləni razılaşdırıb. Üç illik sözləşməyə əsasən, Lukaku ildə 6 milyon avro qazanacaq. Futbolçunun özü komanda dəyişməyə hazırdır.

Lukaku 2021-ci ildə “Çelsi”yə qayıdıb. Ötən mövsüm forvard icarə əsasında “Roma”da çıxış edib. O, romalıların heyətində bütün yarışlarda 47 oyun keçirib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43