28 Sentyabr 2024
Dünya futbolu

“Napoli” Osimhen üçün ərəblərlə anlaşdı

“Napoli”nin hücumçusu Viktor Osimhen “Əl Əhli”yə keçməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə klubu 25 yaşlı nigeriyalının transferi ilə bağlı razılığa gəlib. Sövdələşmə 75-80 milyon avroya başa gələcək.

Osimhen 2020-ci ildən “Napoli”də çıxış edir. O, komandanın heyətində 133 oyun keçirib, 76 qol vurub və 18 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43