“Napoli” “Tottenhem”in yarımmüdafiəçisi Pyer-Emil Hoyberqi transfer etmək niyyətindədir
İdmanxeber.az-ın məlumatına görə, klubu nümayəndələri artıq Danimarka millisinin futbolçusu ilə bağlı danışıqlara başlayıb. Hoyberqə alternativ “Sevilya”da icarə əsasında çıxış edən “Lester”in yarımmüdafiəçisi Bubakari Sumare ola bilər.
28 yaşlı oyunçu “Tottenhem”lə 2025-ci ilin yayına qədər müqaviləsi var. Transfermarkt portalı futbolçunun bazar dəyərini 28 milyon avro qiymətləndirir.