“Napoli”nin hücumçusu Viktor Osimhen bir neçə Avropa klubunun maraq dairəsindədi.
İdmanxeber.az-ın məlumatına görə, icarə əsasında “Qalatasaray”da çıxış edən oyunçunun gələcəyi sual altındadı. İstanbul klubu ilə yanaşı, daha bir neçə komandanı onu rənglərinə bağlamaq niyyətindədi.
“Napoli”nin idman direktoru Covanni Manna Osimhenin gələcəyi ilə bağlı suala “Heç kim bizə zəng vurmayıb. Hazırda dəqiq heç nə yoxdur” cavabını verib.
Nigeriyalı forvardın müqaviləsində 75 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib.