Dünya futbolu

“Napoli”nin Pioli hədəfi

”Napoli”də yeni mövsüm üçün baş məşqçi arayışları davam edir.

İdmanxeber.az məlumat verir ki, “Milan” mövsümün sonunda Stefano Pioli ilə yollarını ayırarsa, Neapol klubu komandanı ona etibar edə bilər. Klubun prezidenti Aurelio De Laurentis 58 yaşlı mütəxəssisin gördüyü işi bəyənir.

”Napoli” hazırda A Seriyasında 45 xalla 8-ci yerdədir. Komandanı Çempionlar Liqasına vəsiqə verən sıradan 12 xal ayırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43