19 Fevral 2025
Ölkə futbolu

Natamamdan tama: Qurban Qurbanovu sevindirən məqamlar

UEFA Çempionlar Liqasında Malta “Valletta”sını iki oyunun cəmində 5:0-la keçən “Qarabağ”ı indi daha ciddi sınaq gözləyir.

İdmanxeber.com-un məlumatına görə, Ağdam komandasının qitənin ən nüfuzlu klub turnirinin üçüncü təsnifatındakı rəqibi Avstriyanın “Zalsburq” klubudu. 

Saytımıza klubdan verilən məlumata görə, avstriyalılarla oyuna kimi heyətdə hər hansı zədəli futbolçu olmayacaq. Maksim Medvedev, eləcə də yüngül zədəsi olan Reynaldo və Qara Qarayev “Zalsburq”la oyuna kimi tam hazır olacaqlar. 

Kapitan Rəşad Sadıqov da sözügedən oyuna kimi hazır olacaq. Ancaq onun uzun müddətdir ki məşq etmədiyini nəzərə alsaq o zaman Sadıqovun meydana çıxıb-çıxmayacağına Qurban Qurbanov qərar verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43