İdman

Naxçıvan Muxtar Respublika turniri başa çatdı – VİDEO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi boks üzrə Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub. 

İdmanxeber.com-un məlumatına görə, 200-ə yaxın idmançının mübarizə apardığı turnirdə qaliblərin adlarına aydınlıq gəlib. 13 çəki dərəcəsində mübarizə aparan idmançılardan Ayxan Cavadlı (38 kq), Məhəmməd Novruzov (42), Ayxan Qubuşov (46), Kərim Babayev (48), Sərxan Əliyev (52), Nihad Quliyev (54), Kamil Qazıbəyov (56), Tayfur Əliyev (60), Arif Bayramov 64), Elmar Qasımov (69), Çingiz Cəfərov (75), Zəfər Ağamalıyev (81) və Rəvan Əliyev (91) bütün rəqiblərini məğlub edərək turnirin baş mükafatını qazanıblar. Təltifetmə mərasimində federasiyanın sədri Məhərrəm Talıbov, Gənclər və İdman naziri Azad Cabbarov fərqlənən idmançıları diplom və qiymətli hədiyyələrlə mükafatalandırıblar. Sonda idmançılarla xatirə şəkili çəkilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43