26 Dekabr 2024
Ölkə futbolu

Naxçıvanda ara qarışdı: Təcili Tibbi Yardım maşını az qala Toşakı əzəcəkdi

Superkubok matçında "Xəzər Lənkəran" və "Neftçi" komandaları üz-üzə gəldi.

Oyun Lənkəran təmsilçisinin 2:1 hesabı ilə qələbəsi ilə başa çatdı.

İdmanxeber.com-un Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyunun sonlarında Təcili Tibbi Yardım maşını arxaya sürərək stadiondan çıxmaq istəyərkən az qala XL-in baş məşqçisi Con Toşakı əzəcəkdi. Buna əsəbləşən uelsli mütəxəssis sürücünün üstünə şığıyaraq ona sərt şəkildə etirazını bildirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43