“Superkubokda bura gələndə bizə necə baxmışdılarsa, indi də hər şey əladı. “Araz-Naxçıvan” klubunun rəhbərliyi bizə yüksək şərait yaradıb. Sadəcə bir az stadionun ot örtüyünün vəziyyəti elə də yaxşı deyil”.
Bu sözləri idmanxeber.com-a “Xəzər Lənkəran”ın mətbuiat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Cənub klubunun rəsmisi bildirib ki, Rasim Ramaldanov zədə sə\bəbindən Naxçıvana aparılmayıb:
“Komandada hər şey qaydasındadı. Skarlatake və Rahidin zədəsi var. Adları “18”liyə salınsa da, oynamaları real görünmür. Rasim Ramaldanov isə ümumiyyətlə Naxçıvana aparılmayıb”.