Ölkə futbolu

Naxçıvanlılar etiraz edir: Sabah bu haqda PFL-ə məlumat verəcəyik

"Araz Naxçıvan"ın "Nəqşicahan" fan klubu "Neftçala" ilə oyunda baş verən hadisələrlə bağlı  etirazını bildirir:

Bildiyimiz kimi 15 dekabrda "Bayıl Arena"da "Neftçala" – "Araz-Naxçıvan" matçı baş tutdu. Oyundan xüsusi bir nüansı diqqətinizə çatdırırıq.

Son hücumlarımızın birində "Neftçala" futbolçularından biri zədələndi. Elə bu vaxt nominal meydan sahibləri əvəzetmə etdilər və 4 nömrəli futbolçuları olan Orxan Məmmədov oyuna girdi. Ancaq onun əvəzlədiyi 7 nömrəli futbolçu Nakim Vəliyev meydanı tərk etmədi bu an. Bu dəyişiklik haqqında hətta stadionda elan da verilmişdi. Videoreportaja baxanda aydın və dəqiq məlum olur ki, Nakim Vəliyev 1 dəqiqə 20 saniyə oyunda olub. Bu barədə əlimizdə video və fotofaktlar var.

"Nəqşicahan" AAK olaraq buna etiraz edirik. Sabah bu haqda PFL-ə məlumat verəcəyik.

Xaqani Məmmədov cənablarına da bildirirk ki, hakimlərinə danışıq tərzi və oyunu idarə etməyi öyrətsin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Səbail”dən 3 rəsmi transfer

admin

Syomin: “Qarşımızda duran vəzifəni yerinə yetiririk”

admin

Topaz Premyer Liqasının VII turunun mərkəzi oyunları canlı yayımlanacaq

admin